Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Günəşdə baş verən alışmalar Yerdə güclü maqnit qasırğasına səbəb olub

Bakıda 2000 və 2014-cü ildə qeydə alınan güclü zəlzələlər Günəşin aktivliyi və maqnit qasırğalarının pik vaxtına təsadüf edib
Günəşdə baş verən alışmalar nəticəsində fevralın 16-da Yerdə kifayət qədər güclü maqnit qasırğası qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, maqnit qasırğası yüksək orta gücdə olub və bunu insanlar səhhətlərində hiss ediblər. Onun sözlərinə görə, maqnit qasırğası 6-7 saat davam edib, sonradan nisbətən sakitləşib, indi tamamilə sakitdir: “Maqnit qasırğası fevralın 15-dən 16-na keçən gecə saat 1-ə işləmişdən başlayıb, səhərə kimi davam edib. Səhərə yaxın artıq bu proses dayanıb. Günəşdə baş verən alışma yerin maqnit sahəsinə zərbə vurur, silkələyir və keçir. Bu proses texniki qəzalara gətirib çıxarmadı. Amma ürək çatışmazlığı, təzyiq xəstəlikləri olanlar bunu hiss ediblər”.

N. Cəlilov qeyd edib ki, belə maqnit təlatümlərini tez-tez baş verir. Onun sözlərinə görə, günəşin bizə tərəf tuşlanan diskində çoxlu sayda böyük maqnit ləkə qrupu var və tez-tez alışmalar olur. Hərdən elə olur ki, kiçik alışmalar da yerə tuşlananda böyük maqnit təlatümlərə səbəb olur: “Ötən ilin ortalarından bu vaxta kimi Günəş aktivliyi və bunun nəticəsində olan alışmaların sayı və maqnit qasırğaların intensivliyi də çoxdur. Bu proses bu ilin yay aylarına kimi davam edəcək və ondan sonra nisbətən azalacaq. Həmin dövrdən Günəş aktivliyi maksimumdan minimuma doğru azalacaq. Son dəfə Bakını təlatümə salan zəlzələ 2000-ci ildə qeydə alınmışdı, bir də bu yaxınlarda baş verdi. Hər iki zəlzələ Günəşin aktivliyi və maqnit qasırğalarının pik vaxtına təsadüf edib. Belə ki, 2000-ci ildə olduğu kimi, bu ildə Günəş aktivliyi pik həddədir. Statistik müqayisələr də onu göstərir ki, həqiqətən yerdə baş verən zəlzələlərin gücü Günəş aktivliyi ilə birbaşa mütənasibdir. Günəşdə aktivlik maksimum olanda, yerdə oyanmalar, qabarmalar, zəlzələlər də artır”.
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı