Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2019

Taliban: Amerika İŞİD komandirlərini mühasirədən çıxartdı

Talibanın mətbuat katibi Amerikanın helekopterlər vasitəsilə İŞİD komandirlərini mühasirədən çıxarması ilə bağlı bəyanat yayıb.
Zibhullah Mücahid deyib: “Ötən həftədən bəri Taliban qrupu Kənz əyalətinin müxtəlif məntəqələrində İŞİD fitnəsi əleyhinə əməliyyatlara başlayıb.
Kənzin bir çox məntəqələri İŞİD fitnəkarlarından təmizləndikdən sonra onların bir çox tanınmış komandirləri Nurgülün Kərçəndu və Məzardərə kəndlərinə sığındılar.
Dünən axşam Amerikanın 10-dan çox helekopteri və yüzlərlə hərbi qüvvəsi Məzardərə kəndinə yollanaraq orada mühasirəyə düşmüş İŞİD komandirlərini ailələri və silahları ilə birlikdə başqa yerə qaçırtdılar.”
Talibanın mətbuat katibi vurğulayıb: “Bu neçənci dəfədir ki, müxtəlif əyalətlərdə mühasirəyə düşmüş İŞİD-çilər amerikalılar tərəfindən mühasirədən çıxarılır və digər mərkəzlərə köçürülür.
Halbuki, həmin cinayətkar amerikalılar və onların daxili muzdurları İŞİD-lə mübarizədən dəm vururlar və bu terrorçu qrupun adından istifadə edərək Əfqanıstanın işğalını davam etdirirlər.”
282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP