Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2019

Hücumu Ərəbistan həyata keçirib - İran səs yazısı yaydı

13 iyunda Oman körfəzində iki neft tankerinə edilən hücum Səudiyyə Ərəbistanın dəstəyi ilə reallaşdırılıb.

Bu xəbəri Tehranın "İran Front Page Media Group" nəşri yayıb.

Nəşr Səudiyyə Ərəbistanı ilə terror təşkilat "Xalq Mücahidləri" hücumda əli olduğunu göstərən bir səs yazı yayımlayıb.

38 saniyəlik səs yazısında təşkilatın kiber əməliyyatlar üzrə nümayəndəsinin təşkilatın ABŞ-da yaşayan digər üzvü ilə dialoqu əks olunub. Təşkilatın kiber əməliyyatlar üzrə nümayəndəsi, "Keçən həftə baş verən partlayışda İranı günahlandırmaq üçün əlimizdən gələni etdik. Səudiyyə Ərəbistanı nə edildiyini və olayın nəticələri üçün təşkilatın lideri Məryəm Rəcəvinin ofisinə zəng vurdu", - deyə bildirir.
291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP