Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

"Orduda nizam-intizam pozuntuları üç dəfə artıb"

ABŞ ordu generalı: "Orduda nizam-intizam pozuntuları üç dəfə artıb"

ABŞ general Raymond Odierno Amerika ordusundan zabit və çavuşların kütləvi şəkildə kənarlaşdırılmasına səbəb olan nizam-intizamdan danışıb. O, ABŞ silahlı qüvvələrində nizam-intizamın pozulması göstəricilərindəki artımı xeyli sayda xüsusi əməliyyatların keçirilməsi ilə əlaqələndirib, - İRİB.

Son 3 ildə nizam-intizamı pozduğu üçün vəzifəsindən azad edilən hərbçilərin sayı üç dəfə artıb. "Russia Today" televiziyası pozuntular siyahısına narkotik və spirtli içkilərdən istifadə faktlarının başçılıq etdiyini bildirir.

İraq işğalında pik nöqtəyə çatan belə halların 2007-ci ildə pozuntu sayı 5.600 olub. Bu rəqəm 2013-cü ildə daha 2 dəfə artıb. Mütəxəssislərə görə, orduda işlənən cinayətlərin sayındakı artım həm çavuşlar, həm də zabitlər arasında cəbhədə olma müddətinə birbaşa mütənasibdir. ABŞ general Odierno deyib: "Son 9-12 ildə ordunun Yaxın Şərqdə mövqe tutduğu zamanda diqqətimizi nizam-intizam üzərində cəmləmədik. Bəzən əsgərlərin sağlam psixoloji vəziyyətinə də diqqət etmədik"./deyerler/
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber