Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Bakıda yol qəzasında sərnişin avtobusu aşıb, 6 nəfər ağır xəsarət alıb

Bakının Suraxanı rayonunda, Heydər Əliyev prospektinin "Buta Palace" sarayına yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.

"10 RC 430" dövlət nömrə nişanlı "Mercedes Benz"lə "90 JR 207" nömrəli "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar - 45 yaşlı Zakir Seyfullayev, 34 yaşlı Sulduz Hüseynov, 24 yaşlı Əminə Rəcəbova, 46 yaşlı Ulduz Abdullayeva, 17 yaşlı Fərid Ağalarov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Hadisəni araşdıran Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Seymur Məmmədovun APA-ya verdiyi məlumata görə, "Mercedes Benz”in "Hyundai"ni arxadan vurması nəticəsində avtobus aşıb. Sürücülər ifadə vermək üçün rayon polis idarəsinə dəvət olunublar. Faktla bağlı araşdırma aparılır./apa/
1298 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...