Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Ərçivanlılar sosial şəbəkədə təhqir olunublar

Astaranın Ərçivan kəndinin bir qrup sakini sosial şəbəkədə təhqir olunması iddiası ilə polisə şikayət edib

Əməkdaşımızın bildirdiyinə görə, bu gün Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini əvvəlcə Ələt-Astara magistral yolunu bağlamağa cəhd ediblər. Daha sonra onlar Astara rayon Polis Şöbəsinin qarşısına toplaşıblar. Ərçivanlıların sözlərinə görə, sosial şəbəkələrdə qəsəbə sakinlərinin ünvanına təhqiramız ifadələr işlədilib. Onlar bu ifadələri yazanın Astara sakini olduğunu, bu şəxsin cəzalandırlmasını tələb etdiklərini bildiriblər.

Astara Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Hikmət Ağayev də Ərçivan qəsəbə sakinlərinin ərizə ilə polis şöbəsinə müraciət etdiklərini təsdiqləyib: ”Həqiqətən də bu gün qəsəbənin bir qrup sakini şöbəyə gələrək, sosial şəbəkədə təhqir olunduqlarını, bunu yazan şəxsin isə rayonun Pensər kəndinin sakini olduğunu bildiriblər. Qəsəbə sakinləri həmin şəxsdən şikayətçi olub, onun cəzalandırılmasını istəyiblər. Tərəfimizdən aparılan araşdırmalardan sonra məlum oldu ki, təhqir heç də bu şəxs tərəfindən edilməyib. Sadəcə, bir başqası həmin şəxsin profilinə daxil olmaqla orda bu cür ifadələr yazıb və qarşıdurma yaratmağa cəhd edib. Hazırda polis araşdırma aparır və bunu edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır”.

Polis şöbəsindən bildirilib ki, sakinlər şikayətlərini bildirəndən sonra ərazini tərk ediblər. Polislə sakinlər arasında hər hansı insident baş verməyib.

Qeyd edək ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə Astara rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirilməsi barədə məlumat yayılıb./apa/
1527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi