Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Rusiya Arktikaya qoşun yeridir

Rusiya Arktikada tapılmış yeni neft yataqlarına iddialıdır və buna görə də oradakı hərbi mövcudluğunu artırır

2014-cü ilin sonuna kimi Rusiyada Şimal donanmasının tərkibində yeni qurum - Birləşmiş Strateji Komandanlıq yaradılır.

Rusiya mətbuatının məlumatına görə, bu barədə Rusiya silahlı qüvvələrinin Baş Qərargahının yüksək çinli təmsilçisi məlumat verib. «Rusiya ordusunda Şimal donanmasınün gücləndirilməsi və quru qoşunlarının Arktika briqadalarının, bəzi hərbi-hava qüvvələri və havadan müdafiə hissələrinin ona verilməsi hesabına yeni qurum yaradılır», - deyə Rusiya ordusunun Baş Qərargahından bildirilir. Bundan başqa, mənbə bildirib ki, hazırda sənədlərin fəal işlənməsi gedir ki, yeni qurum ilin sonuna kimi işləməyə başlasın.

Xatırladaq ki, Rusiya Arktikada tapılmış yeni neft yataqlarına iddialıdır və buna görə də oradakı hərbi mövcudluğunu artırır. Bu isə qərb dövlətlərini, xüsusilə də Amerikanı narahat edir./ans/
1284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber