Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Matça hicablı hakim çıxdı

Hakimlər Birliyi onun oyunda utancaq davrandığını bildirsə də, ilk matç olduğunu və oyunu yaxşı idarə etdiyini nəzərə alaraq yaxşı rəy verib
İtaliyada doğulub böyüyən Mərakeş əsilli Cahidə Səqqafi İtaliya tarixinə düşüb.

İtaliyanın şimalındakı Kremona şəhəri yaxınlığında yaşayan lisey şagirdi və hakimlik edən 16 yaşlı Səqqafi hicabla matça çıxaraq ölkə futbolunda ilkə imza atıb. Bu barədə İtalyanın "Korriere della Sera" qəzetində yazılıb. İtaliya Hakimlər Birliyinin icazəsi ilə o, hicabla dünən ilk dəfə yaşıl meydana çıxıb. Hakimlər Birliyi onun oyunda utancaq davrandığını bildirsə də, çıxdığı ilk matç olduğunu və oyunu yaxşı idarə etdiyini nəzərə alaraq yaxşı rəy verib.

Ötən ilin oktyabr ayından hakimlik kursuna yazılan Səqqafiyə bu işdə ailəsi də yaxından köməklik edir, onu dəstəkləyirlər.

Səqqafinin matçı idarə etməsi İtaliya mətbuatında "Hicablı ilk qadın hakim" başlığı ilə əks olunub./ans/
1288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...