Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Daha bir Şəki sakini Suriyada öldürüldü

Sabit Rəhman küçəsində yaşayan 22 yaşlı Rəhman Sədrəddin oğlunun təxminən bir neçə ay əvvəl Suriyaya getdiyi deyilir

Daha bir Şəki sakininin Suriyada gedən döyüşlərdə öldürüldüyü xəbəri yayılıb.

Şəhərin Sabit Rəhman küçəsində yaşayan 1992-ci il təvəllüdlü Rəhman Sədrəddin oğlunun təxminən bir neçə ay əvvəl Suriyada gedən döyüşlərlə bağlı terrorçulara qoşulduğu bildirilir.

Vəhhabi təriqətinə qulluq edən 22 yaşlı yeniyetmənin bu addımı atması onun təsir altına düşməkdən daha çox ailəsində olan münaqişə səbəbilə ölkəni tərk etdiyi bildirilir.

Yaxınları Rəhman Sədrəddin oğlunun Suriyada gedən döyüşlərdə öldürüldüyünü təsdiqləsələr də ailəsində onun hüzr mərasiminin keçirilmədiyini bildiriblər./ans/
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...