Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2019

İŞİD müftisi qadın paltarında tutuldu - Foto

“Sumaria” xəbər agentliyinin verdiyi məlumata görə, İraq təhlükəsizlik orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində İŞİD-in Ə.Ə.S. ləqəbli maliyyə dəstəkçisi Kərkükdə yaxalanıb. O, Kərkükün Riyad şəhərinin Əl-Təviləəh kəndindəki bağda gizlənibmiş.

İraq Daxili İşlər Nazirliyindən verilən digər xəbərdə isə İŞİD terror qrupunun sərkərdə və müftilərindən birinin qadın paltarında ələ keçdiyi bildirilir.
DİN-nin mətbuat katibi Səd Muin bu barədə açıqlama verərək deyib: “Neynəva əyalətinin Əl-Qəyarə bölgəsinin polis qüvvələri dəqiq məlumat və vətəndaşların əməkdaşlığı sayəsində İŞİD ünsürlərindən birini qadın paltarında ələ keçirib. Saxlanılmış terrorçu İŞİD-in Mosulu işğal etdiyi dövrdə bu şəhərdə İŞİD-in “şəri məhkəməsində” fəaliyyət göstərib, tövbə və edamla bağlı hökmlər verib.
Terrorçu istifadə olunmayan binaların birində yaxalanıb.”


158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP