Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Alimlər insan beyninin modelini yaradır

Dünyanın 80 aparıcı universiteti yaxın on il ərzində insan beyninin tam molekulyar modelini yaratmaq üçün səylərinin birləşdirib.

Belə ki, Böyük Britaniyanın BBC radiostansiyasının məlumatına görə, Brainome adlandırılan layihənin məqsədi süni yolla insan beyninin strukturunun yaradılması sayəsində beynin iş fəaliyyətini anlamaq üçün yeni səviyyəyə nail olmaqdır.

İnsan beyninin kodunun açılması ayrıca neyrona – onun fəaliyyət strukturunun əsasını təşkil edən xüsusi hüceyrəyə çatdırılacaq. Nəticədə alimlər kompüter sistemləri vasitəsilə insan beyninin tam ilk analoqunu yaratmaq imkanı əldə edəcəklər, - radiostansiya qeyd edib.

Bəzi mütəxəssislər hesab edirlər ki, Brainome layihəsi insan beyninin analoji prinsipləri əsasında fəaliyyət göstərəcək inqilabi kompüter texnologiyalarının əsasını qoymağa imkan verəcək.

Layihədə Avropa İttifaqının iyirmi iki ölkəsinin universitetləri, eləcə də ABŞ, Çin və Yaponiya universitetləri iştirak edir. (ICTnews)
1553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP