Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Öcalandan yeni sensasion iddia

“İmralı adasına gətirilərkən orada məni ABŞ-ın o vaxtkı prezidenti Bill Klintonun xüsusi məsləhətçisi olan general qarşılamışdı”.

Türkiyə mətbuatı bildirir ki, bu sensasion iddia ilə hazırda həbsxanada olan PKK lideri Abdulla Öcalan çıxış edib.

A.Öcalanın sözlərinə görə, İmralıya aparılan gün amerikalı generaldan başqa Avropa Birliyinin xüsusi rəsmisi və hazırda həbsxanada olan Milliyyətçi Hərəkat Partiyasının üzvü Engin Alan da orada olub.

“Engin Alan o dövrdə türk qladiosunun rəsmi rəhbəri hesab olunurdu. Hər üç səlahiyyətli şəxs məni İmralı adasında qarşıladı. Bununla da ABŞ, Avropa Birliyi və o vaxtkı Türkiyə hakimiyyəti arasındakı gizli danışıqlar ortaya çıxmış oldu. Onsuz da əvvəldən Türkiyə təhlükəsizlik qüvvələrinin məni təkbaşına ələ keçirdiyinə şübhə edirdim. Həmin gün şübhələrimin doğru olduğuna əmin oldum. Türkiyə rəhbərliyi isə üzdə hər şeyi başqa cür göstərirdi” - deyə Abdulla Öcalan iddia edib.
1336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber