Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2019

Husilər Səudiyyənin «Petriot» sistemini məhv etdilər

Səudiyyə Ərəbistanının hərbi bazasına növbəti hücum

Yəmən ordusu Səudiyyə Ərəbistanının hərbi bazasına növbəti hücumu zamanı Amerika istehsalı olan «Petriot» zenit-raket sistemi (ZRS) məhv edilib. Sosial şəbəkədə yayılmış videoyazı bunu sübut edir.

Mənbənin məlumatına görə, təqdim olunan rolikdən naməlum raketin «Petriot»u necə məhv etdiyini görmək olur. «Free News» nəşrinin məlumatına görə, bu zaman videodan iki partlayış səsi eşidilir ki, bu da minimum iki raketin tətbiq olunduğunu göstərir.

«Nəzərə alınsa ki, «Petriot» hətta döyüş hazırlığına gətirilmiş olmayıb, onun heyəti isə bu hücumun qarşısının alınması istiqamətində heç bir fəaliyyət cəhdi göstərməyib, belə nəticə çıxartmaq olar ki, ABŞ sistemi hətta hava hədəfini qeydə belə, ala bilməyib» – deyə, nəşr yazır.
137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP