Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Yaxın 2 gün ərzində gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4, yüksək dağlıq ərazilərdə 3-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, fevralın 18-də arabir güclənən cənub küləyinin fevralın 19-da güclü şimal küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Ölkə ərazisində gözlənilən hava şəraiti
Fevralın 18-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir güclənəcəyi, fevralın 19-da şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Fevralın 19-da havanın temperaturu ötən günlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, gecə və gündüz 2-6 dərəcə isti təşkil edəcək.
Ölkə ərazisində fevralın 19-da hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu