Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2019

Oqtay Əsədovdan Zahid Oruca gülməli irad - Darıxırıq

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırıb.

Report xəbər verir ki, Zahid Oruc 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayıb.

O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina Gəncə hadisələri zamanı həbsxana vəfat edən Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub. Z.Oruv bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdırlar: “Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Penitensiar Xidmət açıqlama verdilər. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokrorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca irad tutub. O.Əsədov deyib ki, gündəlik ətrafında çıxış etmək lazımdır: “Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda. Amma gündəlik ətrafında danış!”
325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP