Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Abgül Süleymanov yenidən Ali Məhkəməyə üz tutub

Həbsdə olan ruhani Abgül Süleymanovun işindən Ali Məhkəməyə müraciət edilib. Vəkil Cavad Cavadlı “Media forum”a müraciət haqqında danışıb: “Bakı Apellyasiya Məhkəməsi Abgül Süleymanovun qapalı həbsxanaya keçirilməsi haqda Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Heç bir araşdırma aparılmadı, yalnız cəzaçəkmə müəssisəsi rəhbərinin Abgül Süleymanovun cərimə kamerasına salınması barədə üç qərarı mötəbər sayıldı.

Ali Məhkəməyə apellyasiya şikayətinə məhkəmə istintaqı aparılması tələbi ilə bir dəfə müraciət etmişdik. İş yenidən ilkin baxışa qaytarılsa da, məhkəmə istintaqı aparılmadan qərar qəbul edildi. İndi qərarın özündən şikayət verib onun ləğv olunmasını istəmişik. Çünki qərar əsassızdır. Apellyasiya instansiyası heç bir araşdırma aparmadan, sübut tələb etmədən rayon məhkəməsinin qərarını köçürməklə kifayətlənib.

Abgül Süleymanovun cərimə kamerasına salınması haqqında əmrlər də qərəzli verilib. 13 saylı Cəzaçəkmə Müəssisəsinə gələn gündən ona qərəzli münasibət sərgilənib. Apellyasiya məhkəməsi eyni zamanda Abgül Süleymanovun müdafiə hüququnu da pozub. İlkin baxış iclası müdafiəçi olmadan keçirilib.

Bu məqamların hər biri şikayətdə qeyd edilib və qərarın ləğv olunmasını istəmişik. Şikayətə baxışın tezləşdirilməsini xahiş etmişik. Çünki Abgül Süleymanov artıq ciddi rejimli həbsxanadadır”.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin aprel ayında Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqqında qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

2014-cü ilin yanvar ayında ruhani ciddi rejimi ilə tanınan 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı