Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2019

Nə olur-olsun, İran buna davam edəcək - Zərif

Şərtlər nə olur-olsun, İran neft ixracına davam edəcək.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ingiltərəli həmkarı Ceremi Hant ilə aralarında baş tutan telefon danışığı zamanı deyib. İran XİN başçısı açıqlamasında Bəsrə körfəzindəki gərginliyi və Cəbəllütariqdə ələ keçirilən İran neft tankerini müzakirə etdiyini bildirib.

“İngiltərə hökuməti İran neft tankerinin qeyri-qanuni şəkildə saxlanılmasına son verilməsi üçün indiyə qədər lazımi addımları atmalı idi”, - deyə Zərif söyləyib.

Qeyd edək ki, İranın “Grace 1” neft tankeri Cəbəllütariqdə ABŞ-ın tələbi ilə Böyük Britaniya tərəfindən saxlanılıb.
187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP