Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Beyləqanda amansızlıqla törədilmiş qətlə laqeyd münasibət

Xəbər verdiyimiz kimi, fevralın 12-də Beyləqanda ağır qətl hadisəsi baş verib. Beyləqan rayon sakini 30 yaşlı Hüseynov Yasin Yelmar oğlu 23 yaşlı Zakir Yusifli və 22 yaşlı Tural İsmayıllı tərəfindən çoxsaylı bıçaq zərbələri ilə amansızlıqla qətlə yetirilib.
Mərhumun yaxınlarının verdikləri məlumata görə, qətl sifarişli olub. Belə ki, qatillər əvvəlcədən cinayətə hazır olub, beşbarmaq və bıçaqla qətli həyata keçiriblər.
Onlar əvvəlcə Yasin Hüseynova yaxınlaşıb siqaret istəyiblər, sonra bıçaqla onun qoluna ağır zərbə endiriblər. Y. Hüseynov yaralı vəziyyətdə qorunmaq üçün yaxınlıqdakı mağazanın piştaxtasının altına girib. Qatillər piştaxtanın altında ona əvvəlcə beşbarmaqla bir neçə zərbə endirmiş, sonra bıçaqla boğazında yuxu arteriyasını və venasını kəsiblər. Yasin Hüseynov qan itirdiyindən xəstəxanaya çatmamış keçinib. Mərhumun yaxınlarının verdiyi məlumata görə, rayon prokurorluğu tərəfindən ciddi araşdırma aparılmır və cinayətin təşkilatçıları və digər iştrakçıları cinayətə cəlb olunmayıb. Onlar cinayətin araşdırılmasından narazılıqlarını bildirir və daxili işlər naziri Ramil Usubova və respublika prokuroru Zakir Qaralova bununla bağlı müraciət edəcəklər.
Qeyd edək ki, mərhumun atası elmi dərəcəli alim Yelmar Hüseynov uzun illər məsul vəzifələrdə çalışıb. /Musavat/
1549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45