Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2019

Rusiyadan Türkiyəyə qırıcı təklifi

Rusiya Türkiyəyə istehsal etdiyi döyüş təyyarələrini satmaq təklifi verib.

Bu barədə Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov danışıb.

Baş nazirin müdafiə sənayesi üzrə müşaviri Borisov bildirib ki, Türkiyəyə rus istehsalı döyüş təyyarələrinin tədarük edilməsini ehtiva edən bir razılaşma üçün görüşməyə hazırdırlar. O, Türkiyəyə hava hücumundan müdafiə sistemi ilə yanaşı, döyüş təyyarələrinin tədarükü üçün görüşlərin mümkün olub-olmadığı sualına “Niyə mümkün olmasın? Artıq əlimizdə bunun mümkün olduğuna dair nümunə var” cavabını verib.

Qeyd edək ki, ABŞ Rusiyadan S-400 aldığına görə Türkiyəni sanksiyalar və F-35 döyüş təyyarələrindən məhrum etməklə təhdid edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın bu təhdidlərinə görə Rusiyadan təyyarə də ala biləcəklərini deyir.
291 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP