Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

1500 manata razılaşmayanların evi sökülməyəcək

“Sovetski”də 1500 manata razılaşmayanların evi sökülməyəcək
Kiçik həcmli evlərin sahibləri kv metrə görə ödənilən 1500 manatla razılaşmadığından onların evləri ilə bağlı təkliflər planı hazırlanaraq hökumətə təqdim ediləcək

“Sovetskidə” 15-20 kv mertlik evlərin söküntüsü dayandırılıb.

İnterAz xəbər verir ki, bu barədə Yasamal Rayon icra hakimiyyətində yaradılan Köçürmə Komissiyasının sədri, başçının birinci müavini Səməd İslamov məlumat verib.

O deyib: "Kiçik həcmli evlərin sahibləri kv metrə görə ödənilən 1500 manatla razılaşmadığından onların evləri ilə bağlı təkliflər planı hazırlanaraq hökumətə təqdim ediləcək. Yalnız razılığı alındıqdan sonra evlər sökülə bilər. İlkin olaraq kiçik həcmli evlərə görə daha çox vəsait ödəniləcək ki, onların sahibləridə digər yerlərdə özlərinə ev ala bilsinlər.Bahalaşmanın səbəbi də bəzi işbazlar bizim söküntüdən xəbərdar olduqları üçün evlərin qiymətini süni şəkildə qaldırıblar.Bu halların qarşısının alınması üçün də təkliflər hazırlanır."
1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP