Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Xalq Nemət Pənahlını xatırlayırmı?

Paytaxtda keçirdiyimiz kiçik bir sorğu maraqlı mənzərəni üzə çıxardı...

Azərbaycanın siyasi dustaqları siyahısında 2011-ci ilin yanvarında 6 il müddətinə azadlıqdan məhrum edilən Nemət Pənahlı da var. XX əsrin sonlarında ölkədə baş qaldıran meydan hərəkatının fəal iştirakçısı və ilk rəhbərlərindən olan Pənahlı o vaxtkı bir sıra tarixi hadisələrin aktiv iştirakçısı olub.

Məsələn, onun təşəbbüsü ilə 1989-cu il dekabrın 31-də milli azadlıq hərəkatı iştirakçıları tərəfindən Naxçıvan ərazisində bir neçə kilometrlik məsafədə Şimal və Cənubi Azərbaycan arasında tikanlı məftillər kəsilərək sərhəd aradan götürülüb. Hazırda da həmin gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməkdədir.

1990-cı illərin əvvəllərində Heydər Əliyev tərəfdarlarına qoşulan keçmiş hərəkatçı Əliyev hakimiyyətinin ilk illərində Prezident Administrasiyasında çalışıb. 1995-ci ildə parlament seçkisinin saxtalaşdırılacağını iddia edərək istefa verib.

Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin seçkiyə bir həftə qalmış namizədlərdən birinin xeyrinə saxtakarlıq ediləcəyi iddiası ilə kampaniyanı dayandırıb.

Maraqlıdır, Azərbaycan xalqı milli azadlıq hərəkatının öncül simalarından olan bir qəhrəmanı tanıyırmı? Bunu öyrənmək üçün Nemət Pənahlının şəklini götürüb paytaxt sakinləri arasında kiçik bir sorğu keçirdik.

Şəklə baxan paytaxt sakinləri arasında onu tanıyanlar da oldu, tanımayanlar da.
Paytaxt sakini Məhəmməd Səfərov onu tanıdığını, ancaq indi harada olduğunu bilmədiyini dedi: “Bu, Nemət Pənahlıdır. Onu tanıyıram. Siyasi fəaliyyətlə məşğul olduğunu bilirdim. Ancaq hazırda haradadır, nə işlə məşğuldur bilmirəm”.

Digər paytaxt sakini Oruc Allahverdiyev də N.Pənahlını tanıyanlar sırasında idi: “Nemət Pənahlını siyasi fəaliyyətinə görə şərləyib həbs ediblər. İndi, deyəsən, Qobustan həbsxanasındadır”.

Şəlalə Abdullayeva isə N.Pənahlını tanımadığını dedi: “Bu şəxsi tanımıram. Kimdir, hansısa aktyordur?”

Ş.Abdullayevaya bu şəkildə gördüyü şəxsin Nemət Pənahlı olduğunu dedikdə isə təlaşlı bir halda “mən siyasətə qarışmıram” deyərək bizdən uzaqlaşdı.

Başqa bir gənc paytaxt sakini Elvin isə N.Pənahlını tanıyanlar sırasında idi: “Tanıyıram. Siyasətçi olub. Onun haqqında saytlardan məlumatları izləyirəm. Bilirəm ki, hazırda həbsdədir. Haqsız yerə tutublar”.

Keçirdiyimiz sorğu zamanı N.Pənahlını tanıyıb aqressiv cavab verənlər də oldu. Onlardan biri Səxavət Mehdiyev Pənahlının çox böyük səhvləri olduğunu söylədi: “Onu tanıyıram. İndi də layiq olduğu yerdədir”. /Musavat/
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 09:08