Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Tovuzda həkimlərə küçə süpürdürdülər

Tovuz rayonunda küçələrin təmizlənməsi və süpürülməsi işini deyəsən, həkimlərə həvalə ediblər. Rayonun icra başçısının göstərişinə əsasən şəhər mərkəzi və qəsəbələri təmiz saxlamaq üçün bütün qüvvələrdən istifadə olunmalıdır.

Qeyd edək ki, bu tapşırıq mahiyyət etibarı ilə çox yaxşı işlərə vəsilədir. Amma bunu həkimlərin əliylə həyata keçirmək, onlara küçə süpürtdürmək heç bir kriteriyaya sığmır. Hər ay 150-200 manat əmək haqqı alan bu insanların, bir də səhiyyənin keçşiyində durmalarını nəzərə alıb, onların əlinə süpürgə verərək, küçə süpürdürmək heç də yaxşı hal sayılmır.

Bu foto Tovuzun Qovlar qəsəbəsində çəkilib. İcra başçısının yaşadığı və doğulduğu kəndin nümunəvi olması üçün nəinki həkimlərin, hətta müəllimlərin də bu cür «imkan»larından istifadə edirlər.

Ötən yay prezident İlham Əliyev rayona gələcəkdi deyə, icra başçısı həkimlər və müəllimlərə dəmir hasarları belə rənglətdirirdilər./jam.az/
1401 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber