Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Harın oğullarından təzə "biclik"

Günün fotosu: harın oğulun qəzası
Göründüyü kimi, Bakıda daha bir bahalı maşın qəzaya uğrayıb, amma salamatçılıqdır.
Bu, sovet dövrünün "Villis"lərinə oxşayan və "Mersedes" şirkətinin istehsal etdiyi "Mersedes-Gallendwagen" markalı maşınların qiyməti 100 min manat civarındadır.
Bu, o deməkdir ki, bunu adi, sadə adam sürə bilməz. Bu hər kiminsə böyük vəzifəsi olan adamlardan birinin özünə, oğluna məxsusdur.
İlkin versiya bundan ibarətdir ki, bordyoru aşaraq mağazaya girmək təşəbbüsündə bulunmuş bu avtomobil Bakı şəhərinin rayonlarının prokurorunun oğlunundur.
O da görünür ki, maşının nömrəsini açıblar.
Bu, təzə biclikdir, daha dəqiq, bu bicliyə əl atmaq son vaxtlar aktuallaşıb.
Çünki jurnalistlər hadisə yerinə tökülür, şəkil çəkirlər, telereportyorlar süjet hazırlayırlar, nəticədə bahalı maşın sürən gənclərin atasının üzünə söz gəlir.
Bu yaxınlarda bir prokuroru oğlunun maşınlarına görə işdən çıxarmışdılar.
Bir deputat da oğlunun maşın kolleksiyasına görə media ilə çarpışmadadır.
Onlar da əziyyət çəkir, yüz zülm-zillətlə, maaşlarından kəsib 100, 200 minə maşın alırlar, oğul da aparıb vurur daşa-divara.
Bu azmış kimi, hələ atanın maddi imkanları barədə söz-söhbətə səbəb olurlar. Hamı fikirləşir ki, adi bir prokurorda o qədər pul hardandır ki, oğluna 150 minə maşın, 1 milyona villa alır.
Budur, neçə vaxtdır, deyirlər, məmurların qudurğan balalarına qarşı mübarizə aparılır. Hanı bəs?/musavat/
1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber