Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Cola haqda şok qərar

Qazlı içkilərə qırmızı rəngi verən 4 mel adlı kimyəvi maddənin kanserogen ehtiva etdiyi iddia edilib

Qazlı içkilərə qırmızı rəngi verən 4 mel adlı kimyəvi maddənin kanserogen ehtiva etdiyi iddia edilib. Türkiyə mətbuatının verdiyi məlumata görə, bu maddə artıq ABŞ-dakı kolalarda istifadə olunmayacaq. Ancaq kolanı Türkiyə və Avropada köhnə üsulla satılmasına davam ediləcək.

Amerikada nəşr olunan elm jurnalı "Tech Times"də nəşr olunan məqalə elm və qida dünyasını bir-birinə qatıb. Dünya Səhiyyə Təşkilatı və Amerika Ekologiya və Sağlamlıq Elmləri Milli Akademiyası "karamel" adı da verilən bu kimyəvi maddənin potensial olaraq xərçəngə yol aça biləcəyini iddia edib.

Kalifornia əyaləti isə 29 mikroqram 4- Mel ehtiva edən bütün yemək və içkilərin üzərinə xərçəng riskinin xəbərdarlıq edilməsi ilə bağlı bir qanun qəbul edib. Məhsullarının üzərində hər hansı bir xəbərdarlıq ifadəsi saxlamağı rədd edən "Coca Cola" ABŞ bazarındakı məhsullarının tərkibindəki karamelin çıxarılacağını elan edib.

Ancaq Avropa Yemək Təhlükəsizliyi Nüfuzu "karamel"in hər hansı bir təhlükə yaratmadığı qənaətinə gəlib. ABŞ-da xərçəngə yol açdığı səbəbini elmi olaraq əsassız sayan "Coca Cola" şirkəti açıqlama yayımlayıb:

"Biz illərdir məhsulumuzu zamana görə dəyişdirdik. Ancaq əsla təhlükəli bir şey satmadıq. Satmayacağıq".

Qeyd edək ki, 1886-cı ildən istehsal olunan "Coca Cola" kokain ehtiva edirdi. Onun yerinə 1904-cü ildə kafenin qoyularaq 1985 -ci ilə qədər eyni tərkib istifadə edilib. Şirkətin son 29 ildir məhsulunun dadını daha şəkərli edən bir kimyəvi maddədən istifadə etdiyi bilinir./ans/
1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat