Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

"Sovetski"ni belə sökürlər (Foto)

Bakının "Sovetski" adlanan ərazilərində söküntülərə başlanılıb. Söküntü işlərinə Abdulla Şaiq küçəsi ilə Nizami küçələrinin kəsişdiyi yerdə, 219 saylı Ümumtəhsil məktəbinin yaxınlığında yerləşən binalardan başlayıblar. İş görülən əraziyə iki ekskvator cəlb olunub. 

Söküntü aparılan ərazilər mühasirəyə alınıb. Söküntüyə nəzarət edən şəxsin sözlərinə görə işlərə səhər saatlarından etibərən başlayıblar. Onun sözlərinə görə söküntü Yasamal Rayon İcra Hakimiyyətinin göstərişinə əsasən həyata keçirilir. Söküntüdən məsul şəxs bildirib ki, işlərə sökülən binada yaşayan axrınıcı şəxsin razılığını əldə etdikdən sonra başlanılıb.

Xatırladaq ki, Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlərin böyük əksəriyyəti hər kvadrata 1500 manat kompensasiya verilməsinin əleyhinədir. Veriləcək kompensasiyaya etiraz olaraq ilk böyük kütləvi etiraz aksiyası isə fevralın 16-da keçirilib./ans/













1232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber