Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Ordumuzun əsgəri əsgər yoldaşını güllələdi

Azərbaycan Ordusunun əsgəri xidməti yoldaşını güllələyib.

Hadisə Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 21 yaşlı Rafael Şükürlünün tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun əsgər yoldaşı, 20 yaşlı Nəcəfqulu Quliyevə dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər./apa/
1369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:19