Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Venesuela ABŞ- in 3 diplomatını ölkədən qovdu

Mitinqlərin davam etdiyi Venesuelada ölkə prezidenti Nikolas Maduro ABŞ səfirliyindən 3 nəfəri ölkədən çıxarıb.
Avropa.info- nun xarici mətbuata istinadən məlumatına görə, yerli televiziya kanalından xalqa səslənən N.Maduro ABŞ diplomatlarının ölkədən çıxarılmasının səbəblərini açıqlayıb.

Prezident ABŞ rəsmilərini hökumətə qarşı nümaişlər edən tələbələrlə görüşməkdə günahlandırıb. Onun sözlərinə görə, rəsmilər konsulluq işləri ilə məşğul olmaq əvəzinə universitetə sızmaq istəyiblər. N.Maduro diplomatları iki aydır ki, izlədiklərini deyib və ABŞ-ın Venesuela iqtidarını devirməyə çalışdığını bildirib.
1384 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber