Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

İŞİD Fars körfəzinin ərəb ölkələrinə hücuma hazırlaşır

Küveytli müfti Şafi əl-Əcəmi sözügedən ölkənin ər-Rəy qəzetinə müsahibəsində xəbərdarlıq etdi: İraq-Şam İslam Dövləti qruplaşması Fars körfəzinin ərəb ölkələrinə hücum etməklə bağlı plan cızır.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına görə, əl-Əcəmi deyib: İŞİD-in “cəhənnəm planı” və intihar hücumarı təkcə Küveytlə məhdudlaşmır və bütün Fars körfəzi ölkələrini əhatə edir.
O İŞİD-i dindən çıxmış (xəvaric – red) qrup kimi təqdim edib və deyib: Onların cihadla heç bir əlaqəsi yoxdur.
O deyib: İŞİD 2007-ci ildə İraqda yaranıb. Həmin vaxtda da bu qrupun təhlükəsi məlum idi. Bu qruplaşma 2013-cü ilin aprel ayında Suriyaya daxil oldu və başqa qruplaşmalarla birgə döyüşlərə başladı.
Əl-Əcəmi deyib: İŞİD Suriyadakı döyüşçülərə zərbə vurmağın ən yaxşı variantını onların ölkələrində asayişi pozmaqda görür.
O bildirib: Türkiyə də İŞİD-in təhlükəsindən sığortalanmayıb. Türkiyə asayiş keşikçiləri bomba yüklü 9 maşın aşkarlayıblar ki, onları Türkiyəyə İŞİD-in göndərdiyi məlum olub.
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...