Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

“Sovetski” sakinləri ilə qarşıdurmalı görüş

Bakının Yasamal rayonunun rəhbərliyi və rayondan seçilən deputatlar “Sovetski” məhəlləsinin sakinləri ilə görüşür. Görüş “Sovetski”nin sökülməsi planı ilə bağlıdır. Virtualaz.org-un məlumatına görə, saat 16-da başlayan görüş 150 nömrəli məktəbdə keçirilir.
Görüş başlamazdan əvvəl zalda gərginlik yaranıb. Belə ki, polislər məmurların göstərişi ilə jurnalistləri zaldan çıxarmağa başlayanda sakinlər buna etiraz ediblər.
“Jurnalistləri ona görə zaldan çıxarırsınız ki, problemi gizli şəkildə həll edəsiniz. Açıq-aşkar danışmaqdan, məsələlərin mətbuatda yayılıb xalqa olduğu kimi çatdırılmasından qorxursunuz. Jurnalistlər bayıra çıxmamalıdır. Əgər onları çıxarsanız, biz də çıxacağıq” - deyə sakinlər etiraz ediblər./azadlıq/
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11