Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Bakıda daha bir nəfər özünü yandırdı

Nəsimi rayonu Asif Məhərrəmov küçəsidə yaşayan 40 yaşlı Şəfiqə Quliyeva özünü öldürmək üçün dəhşətli üsula əl atıb

Bu gün saat 14:34 radələrində Bakının Nəsimi rayonu ərazisində 40 yaşlı qadın özünü öldürmək üçün dəhşətli üsula əl atıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məmlumata görə, Asif Məhərrəmov küçəsi 38 ünvanında yaşayan Şəfiqə Quliyeva üstünə benzin tökərək özünü yandırıb. Dərhal hadisə yerinə həkim və polis əməkdaşları çağırıb.

Qadın 5 saylı xəstəxanaya çatdırılıb.

Hazırda hadisə yerində əməliyyat qrupu çalışır. Qadının nə səbəbdən intihar etmək istəməsi araşdırılır.

Qeyd edək ki, bir neçə həftə Bakıda 20 yaşlı Məlakə Bayramlı adı qadın da zorlandığını deyərək özünə od vurmuşdu. Gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq bir necə gün sonra vəfat edib./azadlıq/
1575 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı