Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2019

Zərif İranın güc qaynağını açıqladı

“İran İslam Respublikasının güc qaynağı başqa qüvvələr deyil, xalqdır”.

Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Paytaxt Tehranda təşkil edilən tədbirdə çıxış edən nazir qeyd edib ki, İran əsla təhlükəsizliyini kimdənsə satın almır. Çünki öz təhlükəsizliyini, inkişafını və qanuniliyini İran xalqı özü təmin edir: “Qərblilər bizə sanksiya tətbiq edir. Lakin bu kəlmə yanlışdır. Onların etdiyi terrorizmdir. Xalqı və insanları hədəf taxtasına qoyublar. Bəzi ölkələr gələcəyini və təhlükəsizliyini kimdənsə asılı olmaqda görür. Onlar pul verib silah almaqla təhlükəsizliklərini qoruyacaqlarını zənn edir və tarixdən dərs çıxarmırlar. Səudiyyə Ərəbistanı Səddam Hüseyn rejiminə 75 milyard dollar verərək İrana qarşı istifadə edilməsini təmin etdi, lakin Səddam bu silahları Səudiyyənin əleyhinə istifadə etdi. 70 ildir ki, fələstinli bacı-qardaşlarınızın evlərini sökməyə çalışan İsrailin “Dəmir Qübbəsi” Həmasın raketləri qarşısında belə acizdir”.
299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP