Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Unudulmuş məhbus Saif Qəddafinin fəlakəti

Liviyanın keçmiş diktatoru Müammar Qəddafinin oğlu Saif əl-İslam iki ildən artıqdır ki, tam təcrid edilib. Corriere della Sera nəşrinin yazdığına görə, diktatorun oğlu hələ də hərbi birləşmələrin əlindədir. Saif əl-İslama qarşı gizli məhkəmə prosesi başlayıb. İki il üç aydan artıqdır ki, Müammar Qəddafinin oğlu tam təcrid olunmuş vəziyyətdədir. Ancaq özü kamerasından razı qaldığını deyir. Saxlanıldığı yerdə peyk kanallarına çıxışı olan televizor var. Onun üçün dini kitablar gətirilir, yaza bilir. Digər məsələlərə gəldikdə, yanına yalnız ondan etirafedici ifadələr almaq istəyən ittihamçılar gəlir. Diktatorun oğlu dəhşətli cinayətlərdə - qətllərin təşkili, partlayıcı maddə ilə doldurulmuş avtomobillərin pratladılması, işgəncə üçün nəzərdə tutulmuş ölüm eskadronlarının yaradılması, su kəməoləri və elektrik şəbəkələri kimi həyatı vacib infrastrukturların dağılıdlmasında ittiham olunur. Liviya qanunvericiliyinə görə, bu ittihamların dörddə biri onun blüm hökmünə məhkum edilməsinə yetirlidir. Saif artıq təslim olunub. Onun vəkili yoxdur, dediklərini dinləməyə məcbur edə, prosesin istintaq mərhələlərində iştirak edə bilmir. Bəlkə güman edir ki, onun passivliyi həbsxana nəzarətçilərini onun rasionunu yaxşılaşdırmağa, daha geniş kameraya keçirməyə inandıra bilər. «İstintaqçılar deyir ki, mən qatil, korrupsioner olduğumu etiraf etməli, daha sonra isə əfv diləməliyəm. Ona görə də əlimə verilən hər vərəqi imzalayıram. Bu axmaqlıqdır, amma belədir», - bunu Saif yanvarın 23-də Human Rights Watch beynəlxalq humanitar təşkilatın nümayəndələrinin nadir səfərlərinin birində bildirib.

Görüş Zintanda, Tripolidən 140 kilometr cənub-qərbdə, dağlarda yerləşən yerli milis birləşməsinin bazasında keçirilib. Burda polkovnikin daha çox siyasətə köklənmiş və 2011-ci ilin oktyabrın 20-də linç edilən 41 yaşlı oğlu boş günlərini yaşayır. Onun və ailəsinin digər üzvlərinin sağ qalması Bəşər Əsədə və onun Suriyadakı üsyançı qruplaşmalara qarşı mübarizə aparan sadiq tərəfdarlarına bir xəbərdarlıqdır. Hər halda belə ehtimallar qəribə görsənmir.
1428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...