Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Kiyevdəki azərbaycanlılara xəbərdarlıq edildi

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara etiraz aksiyalarının baş verdiyi yerlərə getməməyi məsləhət görüb
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Rusiya mətbuatının verdiyi məlumata görə səfirlik vətəndaşlarımızı Kiyevdə etiraz aksiyalarının baş verdiyi yerlərə getməməyə çağırıb.

“Kiyevdə yaşayan və ya bu şəhərə gəlməyi planlaşdıran Azərbaycan vətəndaşlarına etiraz aksiyalarının davam etdiyi yerlərə yaxınlaşmamağı və gəlməməyi məsləhət görürük”, deyə səfirliyin müraciətində bildirilir.

Qeyd edək ki, hazırda Ukraynanın paytaxtı Kiyevdə müxalifət tərəfdarları etiraz aksiyaları keçirir./ans/
1410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:26