Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2019

İran: “İsrail rejimi Hörmüzə girsə, Təl-Əvivdə tüstülər yüksələcək”

İsrail rejiminin xarici işlər naziri Yisrael Katzın Knessetdəki hesabatında ABŞ-ın qurmağa çalışdığı Körfəz missiyasına İsrail rejiminin də daxil olacağı, kəşfiyyat və bir sıra məsələdə dəstək verəcəyi barədə sözlərinə İran parlamentinin spikerinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Hüseyn Əmir Abdullahian reaksiya verib.

İRNA xəbər verir ki, İsrail rejiminin koalisiyaya qatıldığı təqdirdə, nəticələrinə dözməyə məcbur olacağını söyləyən Abdullahian, belə deyib: “İsrail rejimi Hörmüz boğazına girsə, bölgənin qəzəbi tərəfindən udulacaq və dumanı Təl-Əvivdə yüksələcək”.

ABŞ ilə müttəfiqlərinə Körfəzdə hərbi missiya fikrindən imtina etmələri barədə müraciət edən Abdullahian, bunun regiona sülh və təhlükəsizlik gətirə bilməyəcəyini qeyd edib: “Hörmüz boğazının təhlükəsizliyində İranın həyati əhəmiyyətli rolu var. Boğazda ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya İraq və Əfqanıstandakı işğallarının təkrarı olacaq və bölgədə təhlükəsizliyin azalmasına səbəb olacaq”./deyerler/
441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP