Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Eynulla Fətullayev "casus siyahısı"ndan daha ətraflı danışdı – (Fotolar)

Bu gün virtualaz.org və haqqin.az saytlarının rəhbəri, məşhur jurnalist Eynulla Fətulayev "Yeni Müsavat" qəzetində olaraq, bir neçə gün öncə yazdığı sensasiyalı məqalə ilə bağlı yaranmış situasiyaya dair suallara cavab verib.

Jurnalist məqaləsində göstərdiyi məqamları daha da şaxələndirərək, təfərrüata varıb və ABŞ-ın kəşfiyyat strukturlarına jurnalist Xədicə İsmayılova tərəfindən ötürülən "hakimiyyətə işləyən müxalifətçilər" məsələsinə dair fikirlərini açıqlayıb.

E.Fətullayev bildirib ki, ABŞ kəşfiyyatçılarına ötürülən siyahı faktı dəqiqdir, amma o siyahıda adları çəkilən şəxslərin hakimiyyətə işləmələri barədə qeyd olunanlar ona yox, sırf Xədicə İsmayılovaya aiddir. Fətullayev bildirib ki, şəxsən o, Müsavat başqanı İsa Qəmbərin, Arif Hacılının, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin, Rauf Arifoğlunun, AXCP sədrinin müavini Həsən Kərimovun və bir sıra başqalarının hakimiyyətə işləmələri barədə iddiaları birmənalı olaraq qəbul etmir və onları yalan sayır.

Jurnalist bu siyahının ona gömrük işçiləri tərəfindən ötürüldüyü barədə ilk yaydığı informasiyanın üzərində israrla dayanb və qeyd edib ki, bir sıra iddiaların əksinə olaraq, həmin siyahını özü hazırlamış olsaydı, oraya Əli Kərimlinin də adını salardı. E.Fətullayev siyahıdakı sıralamanın da ona məxsus olmadığını deyib.

Söhbət əsnasında X.İsmayılovanın istintaqa cəlb edilməsi barədə xəbərə toxunan E.Fətullayev bildirib ki, o, həmkarının həbsində, məsuliyyətə cəlb edilməsində maraqlı deyil: "Ancaq o özünü öz hərəkətləri və mənəvi prinsipləri ilə bu vəziyyətə gətirib çıxarıb".

Müsahibənin geniş variantı "Yeni Müsavat"ın sabahkı sayında dərc olunacaq./musavat/


1458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber