Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Ərdoğanın oğlunun istintaqa verdiyi ifadə yayıldı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın istintaqa verdiyi ifadənin məzmunu yayılıb.

“Taraf” qəzeti baş nazirin oğlunun adı keçən rüşvət və korrupsiya işi üzrə istintaqa ifadə verdiyini, ancaq prokurorların dəyişdirilməsindən sonra ifadəyə razılaşdığını yazıb.

Bilal Ərdoğanı fevralın 5-də üç prokuror dindirib. Ona rəhbəri olduğu TÜRGEV adlı fondun fəaliyyəti ilə bağlı suallar verilib. Bilal Ərdoğana əvvəlcə iş adamı, tikinti maqnatı Əli Ağaoğlundan rüşvət kimi ərazi aldığına dair iddialarla bağlı sual verilib. Cinayət işi dosyesinə əsasən Bilal Ərdoğan iki dəfə toplantı keçirib və tikintiyə icazə verilməsinin həll olunmasının əvəzində ərazi hədiyyə edilməsi məsələsini razılaşdırıb.

Bu müzakirələrdə Ərdoğanın oğlu Əli Ağaoğlundan 100 milyon dollar dəyəri olan 20 hektarlıq ərazini istədiyi, iş adamının əvvəlcə razı olmadığı, ancaq sonra razılaşdığı bildirilirdi.

Prokuror cinayət işinin dosyesinə Bilal Ərdoğanın telefon danışıqlarını da daxil etmişdi. Lakin baş nazirin oğlu deyib ki, bu iddia yalandır və həmin telefon danışığı üçüncü şəxslər arasında olub, ondan xəbəri yoxdur.

Həmçinin baş nazirin oğlu Ankara Esenyurt bələdiyyəsinin TÜRGEV-ə 6232 kvadratmetrlik ərazi bağışladığı barədə iddianı da rədd edib. Bilal Ərdoğan TÜRGEV-in tələbələrə xidmət edən fond olduğunu və baş nazirə verilən rüşvətin bu fondda toplandığı barədə bütün iddiaların yalan olduğunu deyib.

Xatırladaq ki, ötən ilin dekabrında Bilal Ərdoğan da daxil olmaqla onlarla məmur, iş adamı barəsində həbs sanksiyası çıxarılıb. Lakin hökumət bu cinayət işi dosyesini onu aparan prokurorun əlindən alıb. Baş nazirin oğlu istintaqa getməyib və bir müddət ortalarda görünməyib. Daha sonra atasının prokurorluq sistemində kütləvi yerdəyişmələr etməsindən sonra istintaqa ifadə verməyə razılaşıb.

Baş nazir Ərdoğan bəyan edir ki, onun oğlunun və digər ailə üzvlərinin adlarının korrupsiyada çəkilməsi Fətullah Gülənin “paralel dövlət”inin əməlidir və məqsəd hökuməti devirməkdir.
1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42