Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

“Özümü və azyaşlı uşaqlarımı yandıracam”

İqbal Məmmədov qardaşımı şərləyərək, həbs etdirib. İndi də ona içəridə təzyiq göstərirlər. Bunu yalnız ermənilərdən gözləmək olardı.

“Yeni Müsavat”ın 8 fevral 2014-cü il tarixli sayında Lerik rayonu Nəriman Nərimanov küçəsi ev 21 ünvanda yaşayan Eldəniz Şadkamal oğlu Quliyevin şikayəti əsasında yazı dərc edilmişdi. Həmin yazıda şıkayətçi ona məxsus 60 sot qanuni sənədi olan həyətyanı torpaq sahəsinin zorla Lerikin icra hakimiyyəti başçısı Rövşən Bağırov və bu rayondan deputat olan İqbal Məmmədov tərəfindən müsadirə edildiyini iddia edirdi. Eldəniz Quliyev yenidən redaksiyamıza müraciət edərək, həmin yazının dərcindən sonra ona rayon rəhbərliyi tərəfindən edilən təzyiqlər barədə məlumat verib.

 

Eldəniz Quliyev bildirib ki, şikayətindən sonra ona, qardaşına və ailəsinə qarşı təzyiqlər intensiv xarakter alıb: “Mən Quliyev Eldəniz Şadkamal oğlu Lerik rayon N.Nərimanov küçəsi ev 21-də yaşayıram. Mənim qanuni 60 sot mülkiyyətimi zorla əlimdən alıblar. Bunu alanlar Lerik rayon icra başçısı Rövşən  Bağırov və Milli Məclisin Lerikdən olan deputatı İqbal Məmmədov Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddələrini kobud şəkildə pozaraq, bizim hüquqlarımızı pozublar. Ailəmizin heç bir razılığı olmadan həmin torpaq sahəsini “Azərenerji” ASC rəhbəri Etibar Pirverdiyevə sataraq, bizim mülkiyyətimizi və orda əkilən taxıl zəmisini ağır texnikanın qabağına verərək, məhv ediblər.

Bunlar bizim taxıl zəmimizi və gələcəyə olan ümidlərimizi darmadağın ediblər. 75 yaşlı anamı hər gün zəng edərək, təhqirlərə məruz qoyurlar və “Əgər, oğlun şikayətlərini geri götürməsə, sizin üçün yaxşı olmayacaq” kimi sözlərlə təhdid edirlər. İqbal Məmmədov qardaşımı şərləyərək, həbs etdirib. İndi də ona içəridə təzyiq göstərirlər. Bunu yalnız ermənilərdən gözləmək olardı. Bəhanələri də odur ki, guya prezidentin sərəncamı belədir.

Mən bir Azərbaycan vətəndaşı kimi, bütün dövlət qurumlarından çox-çox xahiş edirəm ki, mənim qanuni mülkiyyətim “daxili ermənilər”dən azad edilsin və mənə dəyən ziyan qanun çərçivəsində ödənilsin. Əks təqdirdə, məni Ermənistana köçürün. Mülkiyyətimi tələb etdiyimə görə hüquq-mühafizə orqanları tərəfindən bir daha təzyiqlərə məruz qalsam, onda özümü və evdə olan azyaşlı körpələrimi yandıracam”.

Lerik sakini torpağının əlindən alınması ilə yanaşı, işdən də qovulduğunu bildirdi: “Mən Lerik rayonda qeydiyyatdayam. Amma məcburiyyət qarşısında ailəmdən uzaq qalaraq, Bakıda yaşayıram. Onlardan şikayət etdiyimə görə mənə rayonda işləməyə imkan vermirlər. İşlədiyim yerdən də qovdular. Mən də məcbur olub, 10 nəfərdən ibarət ailəmi dolandırmaq üçün Bakıya işləməyə gəldim”.

Yuxarıda adı hallanan şəxslərin mövqeyini öyrənməyə çalışsaq da, bu, mümkün olmadı.

Bugun.az

1385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30