Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Fətullah Gülənin Azərbaycanla bağlı səs yazısı yayıldı

ABŞ-da yaşayan Türkiyəli din xadimi Fətullah Gülənə aid olduğu deyilən növbəti səs yazısı yayılıb. “istiqamet.com” saytının yaydığı məlumata görə, səs yazısı Türkiyədə Gülən camaatı ilə Fətullah Gülən arasında əlaqə quran şəxs olaraq bilinən Mustafa Günay arasında söhbətdən ibarətdir.
Söhbətdə Fətullah Gülənə Azərbaycanda Zakir Həsənovun yeni müdafiə naziri təyin olunması haqda məlumat verilir. Fətullah Gülən bundan xəbərdar olduğunu və Zakir Həsənova təbrik məktubu yolladığını deyir. Söhbətdən aydın olur ki, Gülən camaatından bəzi millət vəkilləri Zakir Həsənovu ziyarət ediblər. Müdafiə naziri də Gülənin məktubunu aldığını deyib və və təşəkkür edib.
Söhbət əsnasında Gülən Azərbaycan hakimiyyətinə təsirlərinin güclü olduğunu da deyir. Bundan başqa Türkiyəli din xadimi İlham Əliyevi 2013-cü ilin oktyabr seçkisindən sonra “qələbəsi münasibətilə” təbrik etdiyini də deyir./azadlıq/
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39
Ruslar kömü