Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2019

Jirinovski: "Dördgünlük iş həftəsi sentyabrın 1-dən qüvvəyə minməlidir"

Rusiyalı siyasətçi, LDP lideri Vladimir Jirinovski Rusiyada dördgünlük iş həftəsinin tətbiq olunmasının mümkünlüyünü qeyd edib.

Partiya sədri instaqram səhifəsində qeyd edib ki, bu, sentyabrın 1-dən qüvvəyə minməlidir.

O, əlavə edib ki, dördgünlük iş həftəsi ideyası ilk dəfə Liberal Demokrat Partiyası tərəfindən səsləndirilib: “Bir neçə il əvvəl ilk dəfə mən Rusiya sakinlərinin üç gün istirahətə ehtiyacı olduğunu israr etmişdim”.

Jirinovski fikrini belə əsaslandırıb ki, üç gün istirahət Rusiya vətəndaşlarının sağlamlığına müsbət təsir edəcək, həm də işlərinin səmərəliliyini artıracaq.
228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP