Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Silah alverçiləri məntəqəni sabitləşməyə qoymur

Bunu Səudiyyə Ərəbistanının tanınmış şiə alimi Həsən Səffar deyib.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına görə, o deyib: Onlar böhran yaradırlar ki, müharibə başlasın. Sonra onların istehsal etdikləri silahlar satılsın.
O, region və dünyadakı araqarışdıranları “müharibə alverçiləri” adlandırmış və demişdir: Mən supergüclərin, xüsusilə də Amerikanın niyət və hədəflərinə şübhə edirəm. Onlar region böhranının əsas səbəbkarıdırlar və Yaxın Şərqdə sülh istəmirlər.
O, BMT TŞ-na daimi üzv olan ölkələri Yaxın Şərqdə silah satmaqda ittiham edərək dedi: Onlar üzdə özlərini “dünyada təhlükəsizliyin bərpa olunmasına çalışanlar” kimi qələmə vermək istəsələr belə, silah tacirləridirlər.
Misal üçün siz BMT TŞ-na daimi üzv olan ölkələrin silah satışı həcminə baxa bilərsiniz. Onda görəcəksiniz ki, bu ölkələr dünyanın başqa ölkələrindən daha çox silah satırlar.
Buna riyakarlıq deyirlər. Onarın səsləndirdikləri şüarlar öz əməllərilə uyğun deyil.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP