Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2019

Suriya ordusu Xan Şeyxunu mühasirəyə alır

Suriya ordusu Homa və İdlib ətrafında öz əməliyyatlarını davam etdirməkdədir.

“Mərasilun” xəbər saytının verdiyi məlumata görə, Suriya ordusu cümə günü axşam saatlarında şimalda Əl-Buheyt strateji qəsəbəni azad edərək öz irəliləmələrinə davam edib.
Ordu qüvvələri Cəbhətün-nüsrə terrorçularına qarşı irəliləmə əməliyyatında Mədaya və onun qərbində yerləşən yüksəklikləri azad edib.
Mədaya qəsəbəsi Əl-Hubeytin şimal hissəsində yerləşir və bu məntəqə Xan Şeyxun strateji şəhərinin qərbində yerləşir. Suriya qüvvələri bu məntəqənin şimal-şərqində irəliləyərək Xan Şeyxunu mühasirəyə almağa çalışır.
Cəbhə mənbəsinin sözügedən əməliyyatla bağlı verdiyi xəbərə görə, Suriya ordusu Əl-Hubeytin şimal və cənub səmtindən bu məntəqənin təhlükəsizliyini təmin etməyə təlaş edir.
Ordu qüvvələri bu həftənin çərşənbə günü Əl-Hubeyt-Xan Şeyxun istiqamətində Xurbe Murşid, Əl-Mintar və Məzare əl-Mintar qəsəbələrini terrorçulardan azad edib.

Sadalanan qəsəbələr azad edildikdən sonra ordu qüvvələri özünü Xan Şeyxunun girişinin 3 km-nə çatdırıb.
Xan Şeyxun şəhəri həyati və əsas yollara yiyələndiyi üçün böyük əhəmiyyətə malikdir. Xan Şeyxun İdlibin şərq, qərb və şimalını birləşdirən həlqədir. Onun terrorçulardan azad edilməsi Suriyanın iqtisadi paytaxtının (Hələb) siyasi paytaxta (Dəməşq) birləşməsinə səbəb olacaq. Beləliklə, hərbi baxımdan Suriya ordusu şimal səmtinə, yəni Kəfər Səcnə, Məərətun-Nöman istiqamətinə asanlıqla irəliləyə biləcək. Bu məntəqə Suriyanı şimal, cənub, şərq və qərb istiqamətlərindən beynəlxalq yollara birləşdirir.
Həmçinin Xan Şeyxunun terrorçulardan azad edilməsi o deməkdir ki, Suriya ordusu Homanın şimalında “Ölüm üçbucağı” adlanan yüzlərlə kvadrat kilometr əraziyə sahib olur. Ölüm üçbucağı Əz-Zəkat və Əl-Lətaminə qəsəbələrini bir-birinə birləşdirir. Əz-Zəkatın azad olunması ilə onun bir bucağı azad olmuşdur.
411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP