Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2019

Zaxarovadan Boltona cavab: Oğru sizsiniz

Saymaq maraqlı olardı, görəsən, ABŞ müxtəlif ölkələrdən nə qədər və hansı texnologiyaları oğurlayıb. Mənə maraqlı tarixi faktlar və müasir sənədlər gətirin.

Bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiyanın ABŞ-dan oğurladığı texnologiyalarla silah hazırlaması ilə bağlı açıqlamasına cavab olaraq deyib.

“Madam ki, Con Bolton oğurlamaqdan danışdı, mən də xatırladım ki, Vaşinqton Rusiyanın San-Fransiskodakı baş konsulluğunun binasını və baş konsulun iqamətgahını, Sietldəki Rusiya ticarət nümayəndəliyinin binasını, eləcə də Nyu York və Merilenddə Rusiyanın iki diplomatik obyektini oğurlayb. Bu, oğurluq deyilmi, cənab Bolton? O zaman qaytarın”, - Zaxarova bildirib.
233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP