Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Beyruta bombalı maşın çatdırmağın qiyməti

Livanın əd-Diyar qəzeti yazır: Cəmana Həmid Beyruta çatdırdığı hər bomba yüklü maşına görə 20.000 dollar alırmış.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına görə, bu qadın etiraf edib ki, qardaşı olduqca çoxlu pulla onu bu işi davam etdirməyə həvəsləndirirmiş.
Təkfirçilərdən ibarət həbs olunmuş ünsürlər etiraf ediblər ki, Beyruta salına biləcək hər bir bombalı maşına görə 20.000 dollar mükafat verilirmiş.
Əd-Diyar qəzeti məlumatlı mənbəyə istinadən bildirib ki, Livan ordusunun terrorçu qruplaşmaları zərərsizləşdirmək, onların terror proqramlarını ifşa etməkdə son müvəffəqiyyətləri, heç bir xarici, xüsusilə ərəb ölkələrinin təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmədən və azacıq imkan vasitəsilə baş tutub.
Qəzetin mənbəsi bildirib ki, Livan ordusunun kəşfiyyatı son aylardakı müvəffəqiyyətlərinin hamısını ictimaiyyətə açıqlamayıb. Bu uğurların cüzi bir hissəsi altı nəfər bomba yüklü maşın daşıyan şəxsin ələ keçirilməsidir.
Əd-Diyar qəzeti əlavə edib: Əgər ordu sərhədə nəzarəti gücləndirsə və Suriya da əl-Qələmun və Yəbrud şəhərlərinə nəzarəti ələ alsa, daha yaxşı vəziyyətə şahid olacayıq. Çünki bir neçə gün öncə Beyrutda və Hərməl şəhərində partladılmış maşınlar Suriyanın Yəbrud şəhərində hazırlanmışdı.
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber