Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2019

Meşə yanğını Türkiyədə fəlakət səbəb oldu

Türkiyənin İzmir şəhərinin Qarabağlar rayonunda başlayan yanğın Yuxarı Orxanlı kəndinə də yayılıb.

Küləyin təsiri ilə daha da güclənən yanğın digər ərazilərə keçib.

Məlumata görə, kənd boşaldılıb. Sakinlər buranı tərk etdikdən sonra yanğın evləri də cənginə alıb və bir neçə ev tamamilə yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Son məlumatlara görə, yanğın şiddətləndiyi üçün daha bir kənd boşaldılıb. Əraziyə 20-dən çox helikopter cəlb olunub.
217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP