Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Kiyevdə toqquşmalar zamanı ölənlərin sayı 27-yə çatıb

Ukraynanın paytaxtı Kiyevdə etirazçılarla milis qüvvələri arasında davam edən toqquşmalar zamanı ölənlərin sayı 27-yə çatıb.

Bu barədə “UNİAN” xəbər verir. Belə ki, “Maydan”ın Səhiyyə Xidmətinin rəhbəri Oleq Musiy “Ukrainskaya Pravda”ya müsahibəsində etirazçılar düşərgəsində ölənlərin sayının 20 nəfərə, yaralıların isə - 500-ə çatdığını bildirib. Ukrayna DİN-in rəsmi saytının məlumatına görə isə, qarşıdurma zamanı 7 milis əməkdaşı həlak olub.

Ukrayna Səhiyyə Nazirliyinin saytında isə bildirilir ki, kütləvi iğtişaşlar zamanı 11 nəfər ölüb.

**** 02.13

Fevralın 18-də Ukraynanın paytaxtı Kiyevdə etirazçılarla milis qüvvələri arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 18-ə çatıb. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, ötən axşam “Maydan”da daha 5 mülki şəxs həlak olub. Bundan əvvəl toqquşmalar zamanı 7 mülki şəxsin öldürüldüyü bildirilmişdi. Ukrayna DİN-i iğtişaşlar zamanı 6 milis işçisinin həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin saytında bildirilir ki, kütləvi iğtişaşlar zamanı 11 nəfər ölüb.

“Fevralın 18-i saat 23.00-a (Bakı vaxti ilə) olan operativ məluma əsasən, saat 12.20-dən kütləvi aksiyaların 221 iştirakçısı tibbi yardım almaq üçün səhiyyə müəssisələrinə müraciət edib. Onlardan 114 nəfər xəstəxanalara yerləşdirilib. 11 ölüm hadisəsi qeydə alınıb”, deyə məlumatda bildirilir.

Məlumata görə, “Maydan”a hücumda Donetsk vilayətindən cəlb olunmuş “Berkut” xüsusi təyinatlı polis dəstəsi iştirak edib.

Həkimlərin sözlərinə görə, ağır yaralılar “Maydan”dan “təcili yardım” maşınları ilə aparılır, qalan xəsarət alanlara isə hadisə yerində tibbi yardım göstərilir.

**** 21.59

Kiyevdə etirazçılar və asayiş keşikçiləri arasında baş vermiş toqquşmalarda ölənlərin sayı 9-a çatıb. Ölənlərdən 7-si mülki şəxs, 2-si isə milis əməkdaşıdır. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Kiyev milisinin mətbuat xidmətindən bildirilib.

“Bir nəfər Regionlar Partiyasının ofisində tüstüsən boğularaq ölüb, daha 3 nəfərin cəsədi Zabitlər Evində (2-si güllə yarasından, biri isə yol-nəqliyyat qəzası nəticəsində ölüb) aşkarlanıb, bir nəfər güllə yarasından Mazepa küçəsində “təcili yardım” maşınında ölüb, daha 2 nəfər isə İnstitutski küçəsində ürəktutmasından keçinib”, deyə Kiyev milisinin mətbuat xidmətindən bildirilib.

Bundan başqa, güllə yarasından 2 milis əməkdaşı həlak olub (onlardan biri “təcili yardım” maşınında, digəri isə xəstəxanada keçinib).


1288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:26