Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2019

Ayətullah Xamenei 1070 nəfəri əfv edəcək və cəzasını yüngülləşdirəcək

Ali Lider Ayətullah Seyid Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə, ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1070 nəfərin əfv olunması və cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Məhkəmə Hakimiyyətinin sədri höccətül-islam İbrahim Rəisi Ayətullah Xameneiyə məktubla müraciət edərək mübarək Qurban və Qədir-Xum bayramları ilə əlaqədar olaraq, Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə cavab verdikləri müəyyən olunmuş 1070 nəfər məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif etmişdi.

Ayətullah Xamenei onun bu təklifini müsbət cavablandırıb.
238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP