Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Yanukoviç və Kliçko arasında danışıqlar nəticəsiz olub

UDAR partiyasının lideri Vitali Kliçko bəyan edib ki, Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə baş verənləri real qiymətləndirmək iqtidarında deyil.

Bu barədə “UNİAN”a partiyanın mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətinin məlumatına görə, prezident görüşdə müxalifət liderlərindən meydandakı insanların müqavimət göstərməsinə son qoyaraq, evlərinə dağılışmalarını təmin etmələrini tələb edib.

“Yanukoviç vəziyyətə tamamilə qeyri-adekvat reaksiya verir. Onun dedikləri yalnız ondan ibarət idi ki, müxalifət liderləri insanları qarşıdurmaya son qoymağa və tərksilah olmağa çağırmalıdır. Etirazçıların Kiyevin mərkəzində amansızcasına qətlə yetirilərkən onun hansı silahı nəzərdə tutduğunu anlamaq olmur. Mən isə hesab edirəm ki, hakimiyyət dərhal güc strukturlarının əməkdaşlarının geri çəkməli və qanlı qarşıdurmaya son qoymalıdır, çünki insanlar öldürülür. Və mən bu barədə Yanukoviçə dedim. Hələ də qan axıdılırsa hansı danışıqlardan söhbət gedə bilər? Təəssüf ki, o vəziyyəti heç dərk etmir”, deyə Kliçko Yanukoviçlə danışıqlardan sonra bildirib.

Prezident Administrasiyasından Kliçko birbaşa Maydana yollanıb./apa/
1312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber