Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib

Fevralın 18-də Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları başlayıb.

İlk oyun günündə 2 görüş baş tutub. “Barselona” səfərdə “Mançester Siti”nin qonağı olub. İlk yarısı qolsuz başa çatan matçın taleyi ikinci hissədə həll olunub. Kataloniyalılar 53-cü dəqiqədə Lionel Messinin ifasında penaltidən önə keçib. Həmin penaltiyə səbəb olan “Mançester Siti”li Martin Demiçelis isə qırmızı vərəqə alaraq, meydandan qovulub. Oyunun qalan hissəsində 10 nəfərə qarşı mübarizə aparan Xerardo Martinonun yetirmələri 90-cı dəqiqədə Dani Alveslə hesabı artırıblar - 0:2.

Səfərdə “Bayer”in (Kayzerslauten) qonağı olan PSJ 4 qolla sevinib. Birinci hissəni 3 cavabsız qolla başa vuran parislilər, ikinci hissədə də azlıqda qalan rəqib qarşısında bir dəfə fərqlənə biliblər.

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:2

QOL: Lionel Messi, 54 (pen.), Dani Alves, 90
Qırmızı vərəqə: Martin Demiçelis, 53 ("Mançester Siti")

"Bayer" (Almaniya) – PSJ (Fransa) - 0:4

QOL: Matuidi, 3, İbrahimoviç, 39 (pen.), 42, Kabaye, 88
Qırmızı vərəqə: Emir Spahiç, 59 ("Bayer")
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.