Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2019

Suriya ordusu Xan-Şeyxunu terrorçulardan azad etdi - Ankara şokda - Xəritə və Foto

Suriya ordusu bazar ertəsi Ən-Nimri terrerçulardan azad etdikdən sonra Xan-Şeyxun strateji şəhərinin şimalında Hələb-Dəməşq beynəlxalq magistral yolunu bağladı. Bu yolun bağlanması ilə terrorçu qrupların şimal hissədə əlaqələri kəsildi və İdlibin cənubunda cəbhə hadisələri yeni mərhələyə daxil oldu.
Ordu qüvvələri çərşənbə axşamı bir neçə saatlıq ağır döyüşlərdən sonra terroruları geri oturtdu və özünü Xan-Şeyxunun qapısına çatdırdı. 

Suriya ordusunun Xan-Şeyxunun qərbində cəbhə qələbələri və geniş irəliləməsinin ardınca İdlibin cənubunda və Homanın şimalında terrorçu qruplar yarımmühasirəyə alındı və düşmən düşərgəsinə qorxu hakim oldu.



Mühasirə olunacaqlarını yaxşı başa düşən terrorçu qruplardan bəziləri Xan-Şeyxunun şərq hissəsində qalan tək koridor vasitəsilə İdlibin mərkəzinə tərəf qaçdılar.
Əldə olunan məlumata görə, Kəfər-Ziyta, Lətmanə, Əl-Bəvizə, Ləhaya, Lətmin və s. qəsəbələrdə yerləşən terrorçular öz mövqelərini tərk edərək qaçıblar, lakin digər terror qrupları işğal etdikləri ərazilərdə qalmışdılar.
Suriya qüvvələri Homanın şimalında və İdlibin cənubunda terrorçuları tam mühasirəyə aldılar və çərşənbə günü Xan-Şeyxunun şərq hissəsində əməliyyata başladı. İlk mərhələdə Təra və Sukəyk qəsəbələrinin azad olunması istiqamətində əməliyyata başladılar və ümidlərini itirmiş terrorçuları geri oturdaraq daha güclü hərəkətə hazırlaşdılar.



Cəbhə mənbələrinin verdiyi məlumata görə, ordu qüvvələri Təra yüksəkliklərində öz mövqelərini möhkəmləndirərək Xan-Şeyxun səmtində əməliyyatını davam etdirdi və Təra tarlalarını, şəkər zavodunu, Əl-Susə və Xəzaanat kəndlərini terrorçuların işğalından azad etdi, bu ərazilərdə nəzarəti öz əlinə aldı.
Bu mühüm və strateji bölgələrin azad olunması ilə (şərqdə 8 km. irəliləyiş) Suriya ordusu İdlibin cənubunda və Homanın şimalında terrorçuları tam mühasirəyə aldı.
Terrorçu qrupları tam məğlub etmək üçün şimal hissədə yerləşən ordu qüvvələri öz irəliləməsini davam etdirdi, Xan-Şeyxunun şimal və qərbinə daxil oldu.



Sonrakı saatda Suriya ordusu Xan-Şeyxunun qərb və şərq hissəsində bir-birinə birləşdi, birgə şəkildə şəhərin mərkəzinə və cənubuna tərəf irəlilədi, nəhayət, şəhər tamamilə ordu qüvvələrinin əlinə keçdi.
Hal-hazırda Suriya ordusu Xan-Şeyxunda terrorçulara aid silah anbarlarını və gizli terrorçu ünsürləri axtarır, terrorçuların qoyduğu partlayış tələlərini kəşf edərək zərərsizləşdirir.
Şərq və qərb hissələrdə irəliləyişlərin təkmilləşməsi ilə İdlibin cənubunda və Homanın şimalında 350 km-lik məsafədə terrorçular mühasirədə qalmışdır.



Cəbhə mənbələrinin verdiyi xəbərlərə görə, mühasirəyə alınmış terrorçular arasında Ceyşül-izzət qrupunun komandiri Cəmil Saleh də vardır.
Bu arada Türkiyə dövləti Xan-Şeyxundakı terror qruplarına dəstək verirdi. Suriya hava qüvvələri Filəqur-rəhman terror qrupunun müşayəti ilə terrorçulara silah və hərbi texnika daşıyan Türkiyə ordusuna aid 28 hərbi avtomobil, zirehli transportyor, tank, 6 bulduzer və s. kortejinə hücum etdikdən sonra kortej öz hərəkətini dayandırdı.
Cəbhə mənbəsi əlavə edib ki, Suriya ordusu qırıcıları Türkiyə ordusuna aid korteji birbaşa vurmayıb və korteji müşayət edən terror qrupunun avtomobillərini hədəfə alıb, onları Mərə Nöman qəsəbəsi körpüsündə hədəfə alaraq, məhv edib.

Mənbə bu hücumda Filəqur-rəhman terrorçularından bir neçəsinin həlak olduğunu və yaralandığını bildirib.
Suriya ordusunun Xan-Şeyxunu terrorçulardan azad etməsi ilə İdlibin də azad ediləcəyindən qorxan Türkiyə dövləti İdlib və Homada yerləşən terror qruplarına dəstəyini daha da gücləndirib.
Əldə edilən məlumatlara görə, Türkiyə ordusuna aid ikinci kartej İdlibin Səraqib şəhərinə çatıb və üçüncü kartej də Xan-Şeyxun səmtinə hərəkət etməyə təlaş edir, lakin Suriya ordusunun hava qüvvələrinin reaksiyasından qorxur.
Türkiyə ordusuna aid qüvvələr İdlib əyalətində Moruk şəhəri ətrafında yoxlama məntəqəsini də hələ ki, tərk etməyib.
262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP