Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2019

İraq Parlementinin üzvü: Amerika tezliklə İraqdan çıxmasa, vuracağıq

İraq Parlamentinin nümayəndəsi və Əsaib əl-Həqq Hərəkatının üzvü Həsən Salim bəyanat yayaraq İraq dövlətindən istəyib ki, amerikalı qüvvələrə xəbərdarlıq edərək onların qısa müddətdə bu ölkədən çıxmasını tələb etsin.

“Rusiya əl-Yəvm” qəzetinin yazdığına görə, Parlament təmsilçisi Amerikanın İraqdan çıxmadığı surətdə onlara qarşı hərbi variantdan istifadə ediləcəyini vurğulayıb.
Bəyanatda bildirilir ki, Ayətullah Seyid Kazim Hairinin Amerikalılara qarşı müqavimət fətvasından sonra İraq xalqı amerikalıları öz ölkələrindən çıxartmalıdır və İraq dövləti də onların öz qüvvələrini qısa vaxtda bu ölkəndən çıxartmalarını istəməlidir.

Parlamentdə Əs-Sadiqun Fraksiyasının sədri təhdid edərək deyib: “Amerikalılar İraqdan tezliklə çıxmasa, İslam müqaviməti övladlarının silahına tuş gələcəklər, əvvəl onların səfirlikləri, konsulluqları və digər mərkəzləri vurulacaq. Biz onların heç bir bəhanəsini qəbul etməyəcəyik. Bizim nə onların təliminə ehtiyacımız var, nə dəstəyinə, nə də hərbi məşvərətlərinə.”
Cümə günü şiələrin təqlid mərcəsi Ayətullah Seyid Kazim Hüseyni Hairi fətva verərək müqaviməti tək yol adlandırıb və Amerika qüvvələrinin İraqda hüzurunu haram elan edib.
Ötən bir ay ərzində İraqın könüllü xalq qüvvələrinin (Həşd-Şəbi) mövqeləri 4 dəfə partladılıb və İraq mənbələri bunun arxasında Amerika və sionist rejiminin dayandığına inanır.

Əl-Mühəndis İraq hərbi bazalarının hücumla bağlı verdiyi bəyanatında bildirib ki, (bu bazaların partladılması məqsədilə) qondarma İsrail rejiminə məxsus 4 dron İraqa gətirilib və İraqda baş verən ilk və son hadisələrin məsulu Amerikadır və bu gündən biz bütün hadisələrə görə Amerikanı cavabdeh bilirik.
223 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP